Yerli oyun olan Sonuncu Dalan artıq Steam’də!


Aprel ayında çıxış edən yerli oyunumuz Sonuncu Dalan, artıq Steam platformasında rəsmi olaraq satışdadır. Ölkəmizin oyun sahəsi üçün olduqca böyük nailiyyət sayılan Sonuncu Dalan, AzDimension studiyası tərəfindən ərsəyə gətirilib. Qeyd edək ki, Sonuncu Dalan studiyanın ilk oyunu deyil. Bundan öncə, studiyanın İşğal Altında: Şuşa, İşğal Altında: Ağdam kimi oyunları ilə də tanış olmuşduq.

Çıxış etdiyi elə ilk gündə Sonuncu Dalan‘ı oynamaq şansını əldə etdik. İlk öncə vurğulayaq ki, oyun qrafika cəhətdən müasir oyunlardan heç də geri qalmır. Xüsusən də, ilk səhnələrdə yer alan “konfrans zalı” əla görünürdü. Deməsək olmaz, dediyimiz digər ən böyük üstünlüklərdən biri də, oyunun doğma Azərbaycan dilimizdə olmasıdır. Sadəcə bu da deyil. İçərişəhər küçələrində gəzərkən divarlarda öz ana dilimizdə maraqlı yazılar, eşitdiyimiz milli musiqilərimiz həqiqətən də qürurverici idi. Oynanış texnikası isə, oyuna layiq bir tərzdə optimizasiya edilib. Hər bir oyunda ən maraqlı ünsürlərdən biri də təbii ki, oyunun hekayəsidir ki, Sonuncu Dalan hekayəsi ilə sizi dərinliklərə aparmağı bacaracaq. Oyunda düşündürücü puzzle’lar və məntiqi məqamlar olduqca çoxdur. Boss döyüşləri də oyuna xüsusi bir rəng qatmağı bacarıb.

Oyun Steam platformasın’da 5.99$ kimi bir qiymətə satılır. Lakin, 11 Maya kimi oyuna 20% endirimlə, yəni 4.79$ ödəməklə sahib ola bilərsiniz. Həmçinin, Sonuncu Dalan‘ın təqdimat mərasimi zamanı Fərid Haqverdiyev’in bildirdiyinə görə, oyun önümüzdəki günlərdə Xbox One platforması üçün və əgər mümkün olarsa, PlayStation 4 platforması üçün belə çıxış edə bilər. AzDimension şirkətinə növbəti işlərində uğurlar arzu edirik!

Oyunun Steam səhifəsinə buradan keçid edə bilərsiniz. Lazım olan sistem parametrləri isə aşağıdakı kimidir:

Minimum Sistem Parametrləri:

  • ƏS: Windows 7, 8, 8.1, 10
  • Prosessor: Intel Core i3-4170 ya da AMD FX-8300 və ya daha yüksək
  • ƏY: 3 GB RAM
  • Videokart: GeForce GTX 460 ya da AMD FX-8300; Intel 4000 və ya daha yüksək.
  • DirectX: Version 11
  • Yaddaş: 11 GB boş sahə

Tövsiyə edilən Sistem Parametrləri:

  • ƏS: Windows 7, 8, 8.1, 10
  • Prosessor: Intel Core i3-4170 ya da AMD FX-8300 və ya daha yüksək
  • ƏY: 8 GB RAM
  • Videokart: GeForce 760 ya da AMD HD 8800
  • DirectX: Version 11
  • Yaddaş: 11 GB boş sahə

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
3
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
5
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
0
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
3
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
0
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
7
SEVDİM
MARAQSIZ MARAQSIZ
0
MARAQSIZ
VECSİZ VECSİZ
0
VECSİZ

2 Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAHA ÇOX: Oyun Xəbəri

DON'T MISS

Format Seçin
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın