Waymo şirkəti dünyanın ilk pilotsuz taksi servisini istifadəyə verdi


 

Google sirkəti daxilində bir layihə kimi başlamış, pilotsuz avtomobillərin hazırlanmasına 10 il vaxt sərf etmiş və daha sonradan onların il yarım ərzində testini aparmış Waymo sirkəti sonunda dünyanın ilk kommersiya məqsədli  pilotsuz taksi servisini istifadəyə verir. Şirkətin pilotsuz taksi sevisi istifadəyə verir. Şirkətin pilotsuz taksi servisi Waymo One adlanır. Bir neçə müddət bundan öncə şirkət söz vermişdi ki, özünün pilotsuz taksi servisini bu illin sonuna kimi istifadəyə verəcək. Nəticədə şirkət öz sözünü tutdu.

Buna baxmayaraq dünyanın ilk pilotsuz taaksi servisi hələki çox az sayda insanlar üçün istifadəyə verilib. Qeyd etmək lazımdır ki, 2017-ci ilin aprel ayından şirkət öz pilotsuz avotmobillərini könüllü sərnişinlər arasında test edirdi. Həmin test səyahətlərində insanlar pulsuz şəkildə taksi servisindən istifadə edir və bu xidmətin daha da təkmilləşdirilməsi üçün şirkətə öz tövsiyyələrini verirdilər. İndi isə həmin sərnişinlər şirkətin pilotsuz taksilərini ödənişli şəkildə bilərlər.

Waymo şirkətinin rəhbəri John Krafcik söz verib ki, müəyyən müddətdən sonra servis daha çox insana öz xidmətlərini təqdim edəcək. Bu, şirkətin daha çox avtomobil əldə edəcəyi xatda baş verəcək. John Krafcik bunun nə zaman olacağı barəsində təqiq bir məlumat verməyib. Hal hazırda şirkətin Chrysler Pacifica markalı pilotsuz taksilər Arizona ştatının paytaxtı Feniks şəhərində və onun ətraf ərazilərində fəaliyyət göstərirlər. Qeyd etmək lazımdır ki, taksilərin tamamilə avtomatlaşdırılmış sistemə sahib olmalarına baxmayaraqn indiki mərhələdə avtomobillərin ön oturacağında hər ehtimala qarşı real sürücü oturur. O, ekstremal vəziyydə idarəetməni öz üzərinə götürə bilər. Bununla yanaşı ştatın hakimiyyəti yaxın zamanda taksilərə sürücüsüz fəaliyyət göstərməyə icazə verməyi planlaşdırır.

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
0
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
0
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
0
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
0
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
0
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
0
SEVDİM
MARAQSIZ MARAQSIZ
1
MARAQSIZ
VECSİZ VECSİZ
0
VECSİZ

0 Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAHA ÇOX: Texnologiya Xəbəri

DON'T MISS

Format Seçin
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Poll
Voting to make decisions or determine opinions
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın