The Last of Us’ın PC’də oynanış videosunu görmək istəyərsiz?


John GodGames Emus adlı Youtube kanalı, RPCS3 emulatorundan istifadə edərək The Last of Us’ı və Red Dead Redemption‘ı PC’də oynamağı bacardı. Emulatorun xeyli dərəcədə inkişaf etməsinə baxmayaraq, nəticələr heç də ürək açıcı dərəcədə deyil. Beləki, videolara baxdıqda görünür ki, The Last of Us oynanılmayacaq dərəcədə aşağı FPS ilə işləyir. Red Dead Redemption isə, əvvəlki nəticələr ilə müqayisədə inkişaf etmiş kimi görünsə də, yenə də lazımi səviyyədə deyil.

RPCS3, PlayStation 3 platformasının oyunlarını PC’də oynamaq üçün inkişaf etdirilməkdə olan bir emulatordur. Emulator artıq xeyli müddətdir ki, inkişaf etdirilir. Lakin, istənilən nəticəyə yaxınlaşmağı belə bacarmıyıb. Emulatorun hal-hazırki vəziyyətini buradan yükləyə bilərsiniz. Bundan başqa, PlayStation 4 platformasının oyunları üçün Orbital emulatoru da hazırlanır. Bu komanda işinə yeni başlayıb, lakin uğuruna RPCS3′dən daha çox inanılır. Çünki, PS4 sistemi x64 sistemini istifadə edir, eynilə PC kimi. Bununla belə, yəqin ki, bu emulatorun tam hazır vəziyyətdə olması, PlayStation 9-10′un çıxış vaxtına təsadüf edəcək:)

The Last of Us və Red Dead Redemption‘ın PC oynanış videolarını aşağıdan izləyə bilərsiniz. Xahiş olunur, ürəyi zəif olanlar baxmasın:)

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
0
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
0
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
0
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
1
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
0
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
3
SEVDİM
MARAQSIZ MARAQSIZ
0
MARAQSIZ
VECSİZ VECSİZ
0
VECSİZ

0 Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAHA ÇOX: Oyun Xəbəri

DON'T MISS

Format Seçin
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Poll
Voting to make decisions or determine opinions
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın