Red Dead Redemption 2 üçün yeni məlumatlar paylaşıldı


Rockstar’ın ən detallı açıq dünya oyunu olacaq.

Rockstar yaradıcı grupu ilə edilən müsahibədə, Red Dead Redemption 2’nin dünyası ilə əlaqəli məlumatlar paylaşıldı. Yaradıcı grupun etdiyi açıqlamaya görə Rockstar’ın məqsədi, indiyə qədərki ən böyük açıq dünya oyununu hazırlamaq deyil, indiyə qədərki ən detallı və inandırıcı oyun dünyasını inşa etməkdir. Red Dead Redemption 2’də düşərgə qurulan yerə görə dəyişən, dinamik bir yan tapşırıq forması olacaq.

Rockstar tərəfindən paylaşılan məlumatlara görə, Red Dead Redemption 2’dəki oyuncu xaricində xarakterlərin hərəkətləri, reaksiyaları olduqca inandırıcı olacaq. Oyuncu xaricində xarakterlərin fərqli xasiyyətləri olacaq. Misal; bəzisi çox utancaq olacaq, siz hələ silahınızı işə salmadan bütün pulunu sizə verəcək, bəzisi isə sizi bəyənməyib, silahı əlinizə almadan sizə hücum edəcək. Bəzi xarakterlər isə oğurluq etdiyinizdə sizi görməzdən gəlib yanınızdan keçib gedəcək. Yəni oyundakı xarakterlər, sizin oynanışınıza görə reaksiya verəcək, ancaq  necə reaksiya verəcəklərini əvvəlcədən təxmin etmək mümkün olmayacaq.

red dead redemption 2 ile ilgili görsel sonucu

Rockstar, yan tapşırıq keyfiyyətinin hekayə tapşırığı keyfiyyəti ilə eyni olmasını istəyir. Firmanın bu mənada olduqca ciddi hazırlaşdığı deyilir. Red Dead Redemption 2’nin dünyasında olan bölgələr sadəcə görüntü baxımından yox, həmçinin oyun mexaniki baxımından da fərqli hissetdirəcək.

Ara səhnələr və tapşırıqlar xarici də daxil olmaq şərti ilə grupumuzun söhbətlərinə qulaq asa biləcəyik, istəsək yanlarına yaxınlaşıb söhbətə daxil olabiləcəyik. Düşərgə söhbətləri hekayədə ilərlədikcə fərqlilik göstərəcək.

Əgər oyunda bir cinayət törətsək, polis ( artıq oyunda necə səslənəcəksə) sizi tapıb birbaşa sizə atəş etməyəcək. Əvvəlcə sizi sorğu-suala çəkəcək, əgər bacarabilsəniz danışaraq bu vəziyyətdən xilas olma şansımız olacaq. Red Dead Redemption 2, 26 Oktyabr’da Xbox One və PlayStation 4 üçün çıxacaq.

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
0
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
0
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
0
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
0
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
0
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
1
SEVDİM
MARAQSIZ MARAQSIZ
0
MARAQSIZ
VECSİZ VECSİZ
0
VECSİZ
Asif Musayev

Gamer

Asif Musayev 2017-ci ilin Iyun ayından indiyədək "Bizim Game Zone" komandasının bir üzvüdür. İndiyədək 1000-dən çox məqalənin redaktorluğunu etmişdir.

0 Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAHA ÇOX: Oyun Xəbəri

DON'T MISS

Format Seçin
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Poll
Voting to make decisions or determine opinions
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın