PES 2019’da Çempionlar Liqası və Avropa Liqası lisenziyaları olmayacaq


UEFA, Konami ilə olan müqaviləsini sona çatdırdı.

Bir vaxtların əfsanə olan futbol seriyası Pro Evolution Soccer ya da digər adı ilə PES, son illərdə liderliyi FIFA seriyasına təhvil vermişdi. Yenə də seriyanın gedişatına baxdığımızda hər il yeni formatlara əl atan Konami’nin ən güclü olduğu tərəf isə şüphəsiz UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası lisenziyalarıdı. Ancaq görünür Konami’ni bu baxımdan da olduqca çətin günlər gözləyir.

Lisenziya baxımından əziyyət çəkən Konami’nin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası lisenziyalarını da itirdiyi açıqlandı. Mövzu ilə əlaqəli həm UEFA tərəfindən həm də Konami’dən rəsmi açıqlamalar gəldi. Konami ilə hər iki lisenziya baxımından yaxşı bir əməkdaşlıq etdiklərini bildirən UEFA tərəfi, son 10 ildir edilən bu ortaq əməkdaşlıq üçün Konami’yə təşəkkür etdiyini bildirib.

Konami’də marka müdürlüyü edən Jonas Lygaard isə lisenziya mövzusunda UEFA tərəfindən edilən bu açıqlamanı təsdiqlədi. UEFA Çempionlar Liqası lisenziyası ilə dünyanın hər yerindən futbol sevərə özlərini tanıtmaq üçün çox kömək olduğunu bildirdikdən sonra “Ancaq bu il diqqətimizi digər tərəflərə istiqamətləndirəcəyik.” deyərək UEFA ilə işləmənin fərqli yollarını axtaracaqlarını da sözlərinə əlavə etdi.

Edilən bu qarşılıqlı açıqlamalardan sonra gözlər təbii ki EA Sports’a yəni FIFA tərəfinə çevrilmiş vəziyyətdədir. Gələn ay açıqlanması gözlənən FIFA 19’da Çempionlar Liqası və Avropa Liqası lisenziyalarını görməyimiz çox yüksək bir ehtimal kimi görünür. PES isə FİFA’ya qarşı rəqabət aparmaq üçün əlində olan ən böyük gücünü itirdi və indidən sonra rəqabət üçün çox böyük yeniliklər etməlidir.

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
5
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
0
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
6
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
0
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
3
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
2
SEVDİM
MARAQSIZ MARAQSIZ
1
MARAQSIZ
VECSİZ VECSİZ
2
VECSİZ
Asif Musayev

Gamer

Asif Musayev 2017-ci ilin Iyun ayından indiyədək "Bizim Game Zone" komandasının bir üzvüdür. İndiyədək 1000-dən çox məqalənin redaktorluğunu etmişdir.

3 Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAHA ÇOX: Oyun Xəbəri

DON'T MISS

Format Seçin
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Poll
Voting to make decisions or determine opinions
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın