Paradox Interactive-dən yeni Grand strategiya oyunu


Salamlar strategiya sevənlər,

Mən istərdim ki, burada blog kimi sizə anbaan stategiya oyunlarında olan yeniliklərdən xəbər vermək istərdim, lakin bir könüllü olaraq (strategiya oyunlarına könül vermiş birisi) bu yazılarımı vaxt tapdıqca yazacam. Ümid edirəm, sizin də marağınızı cəlb edəcəkdir.

Dediyim kimi, mən strategiya oyunlarının vurğunuyam. Əsasən də Paradox İnteractive şirkətinin çıxardığı oyunlarla 600 saatdan çox vaxt sərf etmişəm və hələdə bəzilərinə görə “noob” sayıla bilərəm.

Paradox bu yaxınlarda yeni bir oyunundan, “İmperator: Rome”, bəhs etdi. Oyun həm “Crusader Kings 2”, həm də “Europe Universalis 4” oyunlarının elementlərinin bəzilərini özündə birləşdirir. Belə ki, oyunda Crusader Kings-də olduğu kimi, lakin kiçik qisimdə personaj idarəsi üzərində fokuslanıb. Amma böyük qisimdə Europe Universalis-də olduğu kimi millətlər və imperatorluqların idarəsi üzərinə fokuslanıb.

Oyun-da tarix eramızdan əvvəl 304-cü ildən başlayır. Oyunun xəritəsi o zamana görə bəlli olan dünya üzərində gedir, hansı ki, İberyadan (İspanya) Hindistan yarımadasına kimi yerləri əhatə edir və tərkibində 7000-dən artıq şəhərlər olacaq. (Ümid edirəm bu oyunun da qəşəng mod-ları çıxacaq)

Developer videolarında gördüyüm qədər ilə yenə xəritə üzərində olacaq müharibələr, yəni daha dərindən və total war oyunlarında olduğu kimi taktiki bir döyüş sistemi yoxdur. Nə olsa belə artırılmış döyüşçü növlərinin sayı, şəhər və ölkə idarəsi, mədəniyyətin və ticarətin idarəsi bu oyunu almağa dəyər vəziyyətə gətirir.

Bundan əlavə demək istərdim ki, Paradox İnteractive nə hikmətsə bütün oyunlarında Ermənistana böyük yer verir. Məqsədlərin tam mənasıyla anlamıram, lakin şirkətin istifadə etdiyi xəritələrdə Ermənistanın göstərilməsi, baxmayaraq ki, tarixdə oların Albanlarla birgə varlığı haqqında bir məlumata rast gəlməmişəm, məni bu məsələni araşdırmağıma vadar edir. Görək bulara təsir edən güc nədir?

İndi də aşağıda tanıtım videosunu paylaşıram. Yaxşı seyirlər!

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
1
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
5
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
0
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
3
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
0
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
5
SEVDİM
MARAQSIZ MARAQSIZ
0
MARAQSIZ
VECSİZ VECSİZ
0
VECSİZ

DAHA ÇOX: Oyun Xəbəri

DON'T MISS

Format Seçin
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Poll
Voting to make decisions or determine opinions
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın