Bu payız çıxacaq olan 8 oyun


2018’in bitməsinə son bir neçə ay qalmış oyun dünyasına 8 əfsanəvi oyun daxil olacaq. Çıxış edəcək bu 8 davam oyunu, oyunçuları bir xeyli sevindirəcək. Əvvəlcədən demək olar ki, bu oyunlar çıxış edəcəkləri tarixdə ən çox yüklənilən oyunlar siyahısında öz yerini alacaq. İndi isə çıxışı gözlənilən 8 oyuna baxaq. 

1.Shadow of the Tomb Raider

Tomb Raider seriyasının yeni oyunu Shadow of the Tomb Raider, inanılmaz qrafikləri və hekayəsi ilə davam edir. Oyun dünyasının ən sevilən oyun seriyalarından biri olan Tomb Raider’in yeni oyunu PlayStation 4, Xbox One və Microsoft Windows platformlarında oynanıla biləcək. Oyun 14 sentyabrda çıxış edəcək.

2. Forza Horizon 4

Microsoft studiyası tərəfindən hazırlanan yarış oyunu Forza Horizon’un 4’cü oyunu gəlir. Arcade və simulator’un “birləşdiyi” yarış oyununda yeni maşınlarla sürüş etmək artıq daha gözəl olacaq. Xbox One və Microsoft Windows’larda oynanıla biləcək bu oyun 2 oktyabrda çıxış edəcək.

3. Assassin’s Creed Odyssey

Hər il yeni Assassin’s Creed oyunu çıxaran Ubisoft, bu oyununa çox güvənir. Buna görə də növbəti ildə yeni bir oyun çıxarmayacaq. Bu mövzü haqqında daha çox məlumata buradan sahib ola bilərsiniz. Ubisoft bu oyunun üzərində ciddi şəkildə çalışdığı göstərilir. Oyun 5 oktyabrda çıxış edəcək. 

4. Call of Duty Black Ops 4

Əfsanə oyun seriyalarından biri olan Call Of Duty, Battle Royale modu və böyük xəritəsi ilə Call of Duty Black Ops 4’u çıxarmağa hazırlaşır. PlayStation 4, Xbox One və Microsoft Windows’da oynanıla biləcək bu oyun 12 oktyabrda çıxış edəcək.

5. Red Dead Redemption 2

Western oyunlarının ən populyarı Red Dead Redemption, ikinci oyununu çıxarmağa hazırlaşır. Rockstar studiyası tərəfindən hazırlanan seriyanın ikinci oyunu 8 ildən sonra 26 oktyabrda çıxış edəcək. Oyun Playstation 4 və Xbox One’da oynanıla biləcək.

6. Hitman 2

Tətikçi geri qayıdır!  IO Interactive’in  hazırladığı Hitman 2’nin çıxış etməsinə çox az vaxt qaldı. PlayStation 4, Xbox One ve Microsoft Windows’da oynanıla biləcək Hitman 2, 13 noyabrda çıxış edəcək. 

7. Fallout 76

Fallout seriyasının yeni oyunu, seriyanın ən “vəhşi oyunu” titulunu daşıyacaq. Nüvə savaşından sonrasını göstərən oyun, olduqca vəhşi və insanlıqdan uzaq olacaq. Playstation 4, Xbox One, Microsoft Window’s platformlarında oynanıla biləcək oyun 14 noyabrda çıxış edəcək.

8. Battlefield V

EA Games, Battlefield seriyasının 5’ci oyununda böyük dəyişikliklər olacağını açıqlayıb. Bu il çıxacaq Battlefield oyunu, digər oyunlardan fərqli olaraq İkinci Dünya Müharibəsi mövzüsuna sahib olacaq. PlayStation 4, Xbox One və Microsoft Windows’ta oynanıla biləcək Battle Royale oyunu, 20 noyabrda Battlefield sevərlərlə görüşəcək

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
0
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
0
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
0
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
0
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
0
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
1
SEVDİM
MARAQSIZ MARAQSIZ
0
MARAQSIZ
VECSİZ VECSİZ
0
VECSİZ
Ceyhun İsazadə
Oyun xəstəsi.Bəli mənim haqqımda bu sözü demək olar.Bu macərama uşaqlıqdan başlamışam.İlk oynadığım oyunları tam qeyd edə bilməyəcəm.Amma Segada oynadığım Marionu unutmağ olmaz :) BizimGameZone'a qatılmağda məqsədim oyunlar haqqında bildiklərimi, öyrəndiklərimi izləyicilərimiz ilə bölüşməkdir.İnşallah bu işi bacararam :)

0 Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAHA ÇOX: Oyun Xəbəri

DON'T MISS

Format Seçin
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Poll
Voting to make decisions or determine opinions
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın