Battlefield V haqqında bildiklərimiz


Bu il həm Battlefield V həm də Call of Duty: Black Ops 4, bərabərində gətirəcəkləri Battle Royale modları ilə bir xeyli iddialı olacaqlar. PUBG və Fortnite temasına uyğun bir formada hazırlanan bu iki mod, heyranlarını uzun müddət bu iki oyunun başında saxlayacağını dəqiq olaraq deyə bilərik. Hər iki oyunun da çıxış tarixi yaxınlaşdıqca, yayımcılar və yaradıcı firmalar  da bu mod ilə əlaqəli yeni məlumatlar verməyə davam edirlər. EA DICE da bugün Battlefield səhifəsində yayımladığı yeni məlumatlar ilə Firestorm haqqında bizlərin daha geniş məlumata sahib olmağımıza köməklik ediblər.

Battlefield V firestorm ile ilgili görsel sonucu

Bildiyiniz kimi Battlefield V üçün yaxın bir vaxtda yeni bir fragment yayımlanmışdı. Oyuna ümumi olaraq bir göz atdığımız bu fragment, bizlərə həmçinin Firestorm modu ilə əlaqəli bir neçə məlumat da vermişdi. İndiyə qədər çıxan ən böyük Battlefield xəritəsində oynayacağımız bu mod, dört nəfərdən ibarət on altı manqanın mübarizəsini bizlərə göstərəcək. Bu da, ümumilikdə 64 oyuncunun mübarizə aparacağı mənasına gəlir. Ancaq bunlar bir yana, fragment müddətində diqqətimizi çəkən ilk şey isə, döyüşlərin olacağı ərazinin alov ilə əhatə olunmasıdı. EA DICE tərəfindən verilən yeni məlumatlara görə isə bu alov, eyni PUBG və Fortnite oyunlarında olduğu kimi, vaxt keçdikcə daralacaq. Belə olan halda isə, bizlər də həyatda qalan son manqa olmağa çalışacağıq.

Battlefield V firestorm ile ilgili görsel sonucu

Daha əvvəldən verilən məlumata görə, Firestorm modunda, multiplayer modlarının hamısında olduğu kimi yenə müxtəlif nəqliyyatdan istifadə edə biləcəyik. EA DICE tərəfindən bu mənada verilən məlumata baxası olsaq, xəritədə gördüyünüz hər nəqliyyatdan istifadə edə biləcəksiniz. Məsəl üçün bir tankı… Bu tankı ələ keçirdiyinizdə digər manqalara qarşı üstünlük qazanacaqsınız, amma bu sizi ağır bir hücumların da hədəfi halına gətirəcək. Seçiminizə görə bu vasitələr ilə birbaşa döyüş meydanına daxil ola biləcək vəya qaçmaq üçün istifadə edə biləcəksiniz. Tamamilə sizə qalıb.

Məhz Batlle Royale modu və oyunda olacaq olan digər modlar barədə geniş məlumatın verildiyi videoya aşağıdan baxa bilərsiniz.

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
0
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
0
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
0
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
0
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
0
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
1
SEVDİM
MARAQSIZ MARAQSIZ
0
MARAQSIZ
VECSİZ VECSİZ
0
VECSİZ
Asif Musayev

Gamer

Asif Musayev 2017-ci ilin Iyun ayından indiyədək "Bizim Game Zone" komandasının bir üzvüdür. İndiyədək 1000-dən çox məqalənin redaktorluğunu etmişdir.

0 Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAHA ÇOX: Oyun Xəbəri

DON'T MISS

Format Seçin
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Poll
Voting to make decisions or determine opinions
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın