Ən yaxşı qrafik kartları


Əvvəllər GTA Vice City, Cod 2 kimi oyunlar oynamaq üçün 4 GB ram və aşağı göstəricili ekran kartları kifayət edirdi, lakin zaman keçdikcə yeni nəsil oyunlar gəldikcə artıq komputerlərimiz yüksək qrafiki göstəricilərə malik oyunları açmaqda çətinlik çəkməyə başladı. Oyunlarda qrafik problemlərinin olması oyundan alınan həzzi minimuma endirir. İlk əvvəl oxucularımıza qrafik kartı (bəzən ekran kartı da deyirlər) nə işə yarayır, hansı prinsipərlə işləyir onu izah edək. Qrafik kartı komputerdeki görüntünü monitarda əks etdirən qurğudur. Qrafik kartları oynumuzun görüntü keyfiyyətini təmin edən cihazdır. YƏni bu o deməkdir ki, nə qədər az göstəricili qrafik kartımız varsa, oyunun görüntüləri o qədər aşağı olacaqdır. Qrafik kartları rəqəmsal olan siqnalları analoqa çevirir. Həmçinin ekran kartları nə qədər yüksək keyfiyyətli olarsa, o qədər çox  enerji tələb edir. Bir sıra qrafik kartlarının kriptovalyutaların miningi üçün də istifadə olunması qiymətlərinin də qalxmasına gətirib çıxarmışdı. 

Biz bütün araşdırmaları və kriteriyaları araşdırdıq, büdcənizdən və qiymətdən asılı olmayaraq hələki ən yaxşı qrafik kartları bunlardır;

EVGA GeForce GTX 1080 Ti SC2

GTX 1080 seriyaları arasında ən yaxşı qrafik kartı seçilən bu kart həm yükəsk performansı, həm də qiyməti ilə (1149$-1953manat) seçilir. SC2 yeni IDX texnologiyası da əlavə olunaraq əvvəlki modellərə nisbətən daha da təkmilləşdirilibdir və həmçinin cihazın soyutma sistemi sürətli çalışması ilə seçilir, hətta tempratorun ölçülməsi üçün 9 sensor vardır. Cihaz tamamilə səssiz çalışır və ölçülmələr zamanı temprator yüksək güc tələb edən oyunlarda yüksək keyfiyyətlə oynansa belə 25-30*C dən demək olar ki, yuxarı çıxmadı. Soyutma sisteminin bu göstəriciai elə də pis deyil. Cihazın normal sürəti 1556 Mhz-dır. Gücləndirilmiş sürətlə işlədikdə isə 1670 Mhz-yə qədər qalxa bilir. Cihazın bundan əlavə 11GB GDDR5X yaddaşı da vardır. 11GB oyunların hətta macəra bölümlərində belə sürətli işləməsini təmin edir, çünki yüklənmə daha tez olur.

 

Nvidia GeForce GTX 1080 

GTX 1080 Ti-nin bazara çıxması ilə Nvidianın bu balaca qardaşı bir az daha aşağı göstəricilərə malik olsa belə, 4K oyunları normal səviyyədə oyunçulara təqdim edə bilir.GTX 1080 sizə həmçinin cR və bir sıra oyunları da yüksək keyfiyyətdə təqdim edir. Nvidianın ortaqları (Asus, Gigabye. MSı)-dən bu kartları almaq olur və soyutma sisteminin yüksək keyfiyyətdə olması və daha aşağı qiyməti ilə seçilir. Yaddaşı 8 GB GDDR5X, sürəti GTX 1080 Tİ-dən yüksək olması ilə seçilir; 1721 Mhz. Gücləndirilmiş sürətdə isə 1860 Mhz-yə qədər çatır.

Nvidia GeForce GTX 1070

GTx 1070 Canavarı. Nvidianın 1080-dan sonra gələn ən güclü qrafik kartı. Cihaz normal sürətdə 1506 Mhz, gücləndirilmiş sürətdə isə 1683 Mhz-ə qədər çatır. Bu Cihazda 8 GB yaddaşa malikdir və 4K oyunların normal vəziyyətdə oynanılması üçün ən yaxşı seçimlərdən birisidir. Cihaz AAA oyunları belə 60 fps-də oyunçularına təqdim edə bilir ki, bunu da yaxşı göstərici hesab etmək olar.  Cihazın qiymət 380$-440$ a kimi dəyişir. Qiymətin müxtəlif olma səbəbi MSI, Asus, EVGA kimi şirkətlərdən də lisenziyalı şəkildə istehsal olunmasıdır. 

GeForce GTX 1060 6GB

1080 p də oynamaq istəyənlər üçün ən yaxşı seçim sayılan ekran kartıdır. Əksər oyunları 1080 p-də, minimum 60 fps də oyunçulara təqdim etmək qabiliyyətinə malikdir. Yaddaşı 6 Gb-a yaxındır. Qiyməti 600 manata yaxındır. Sürəti 1506 Mhz, gücləndirilmiş sürəti isə 1708 Ghz-a yaxındır. Maksimum istiliyi 94 dərəcədə qeydə alınmışdır ki, bu da ekran kartı çox işlədikdən sonra qızmasına və keyfiyyətinin yavaş-yavaş düşməsinə gətirib çıxardır. Oyunlarınızı 1080 p-də oynayacağınız normal qrafik kartı istəyirsinizsə, ən yaxşı seçimdir.

350 manatdan aşağı ən yaxşı ekran kartı;

AMD Radeon RX 570

1060-dan bir az aşağı olan bu qrafik kartı yenə də sizi yarı yolda buraxmaz.  Nvidianın qrafik kartlarındakı bəlkə də yeganə rəqibi sayılacaq şirkət. 4 GB GDDR5 yaddaşa malik və sürəti 1264 Mhz-ə qədər, 1284 Mhz-ə qədər gücləndirilmiş sürətlə çıxa bilir. Cihazda True Clock texnologiyasından istifadə olunur ki, bu da ekran kartının ən yüksək səmərlilikdə işləməsinə kömək edir. AMD qrafik kartlarınnın mənfi cəhətlərindən birisi tez qızmalarıdır ki, bu da performansa təsir edir

YAZIYA QARŞI REAKSİYANIZ?

QARIŞIQ QARIŞIQ
0
QARIŞIQ
SEVİNDİM SEVİNDİM
1
SEVİNDİM
PİS OLDUM PİS OLDUM
2
PİS OLDUM
TƏƏCCÜB TƏƏCCÜB
4
TƏƏCCÜB
ƏSƏBİ ƏSƏBİ
0
ƏSƏBİ
GÜLDÜM GÜLDÜM
0
GÜLDÜM
SEVDİM SEVDİM
42
SEVDİM
MARAQSIZ MARAQSIZ
1
MARAQSIZ
VECSİZ VECSİZ
1
VECSİZ

5 Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAHA ÇOX: Oyun Xəbəri

DON'T MISS

Format Seçin
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Poll
Voting to make decisions or determine opinions
Xəbər
Saytımızda öz məqalənizi yerləşdirin
Video
Oyunlara aid videolarınızı paylaşın
Gif
GIF animasiyalar paylaşın